Parlament 2016-cı il dövlət büdcəsinin icrasını təsdiq etdi

OXUNUB: 875 İQTİSADİYYAT

Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.

Millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub.

"İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib”, - deyə nazir qeyd edib.
 
Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib./apa

İcmal.Az

RƏYLƏR