Parlamentdə qalmaqal yaşandı

OXUNUB: 599 SOSİAL

"20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında qalmaqal yaşanıb.

İcmal.Az xəbərinə görə, belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasına dəvət edilən S. Əzimzadə H. Rəcəblini ona çıxış etməyə imkan verməməkdə  ittiham edib.

Buna cavabında isə H. Rəcəbli kimsəyə ayrıseçkilik qoyulmadığını bildirib və əlavə edib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.

Bununla qane olmayan S. Əzimzadə sonra müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların "zədə almışlar” kimi ehtiva olunmasını komitə sədrinə irad tutub.

Komitə sədri  bununla razılaşmayıb və qeyd edib ki, ambisiyalarla çıxış etmək olmaz:

"Bu məsələdə də hər şey ölçülüb-biçilməlidir”.

İcmal.Az

RƏYLƏR