Parlamentdə transplantasiya haqqında qanun müzakirə olunur

OXUNUB: 579 SOSİAL

Fevralın 9-da Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələr başlayıb.

İcmal.Az-ın xəbərinə görə, MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, bu gün son dərəcədə mühüm bir məsələnin - orqan və toxumaların transplantasiyası məsələsinin müzakirəsinə toplaşılıb:

"Çünki bu məsələ hər zaman həm mətbuatda, həm komitəmizdə, həm də plenar iclaslarda ciddi müzakirə olunmaqdadır. Bu məsələ bir an olsun belə, gündəmdən düşmür”.

Komitə sədrinin sözlərinə görə,  transplantasiya, ümumiyyətlə, bu gün təbabətin bütün sahələrində istifadə olunur:

"Ancaq bu sahədə qanunların, digər qanunvericilik aktlarının olması və yenilərinin işlənilib qəbul edilməsinə ciddi ehtiyac var. Çünki bu sənədlərsiz məsələnin düzgün həyata keçirilməsi, həlli mümkün deyil”.

Akademik qeyd edib ki, bu gün ölkədə çox uğurla sümük iliyinin, ürəyin, böyrəyin transplantasiyası həyata keçirilir:

"Ancaq bunlar sayca yetərli deyil. Bununla bağlı müraciətlər həddindən artıq çoxdur, transplantasiya olunanların isə müraciət edənlərlə müqayisədə sayı xeyli azdır...”

İcmal.Az

RƏYLƏR