Paşinyan Baş Qərargah rəisini qovdu

OXUNUB: 486 DÜNYA

Ermənistan baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana Silahlı Qüvvələrin baş qərargah rəisi Movses Akopyanı istefaya göndərməyə çağırıb. 

İcmal.Az erməni KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Paşinyan Ermənistan hökumətinin 24 mayda keçirilən iclasında məlumat verib. 

Baş nazirin sözlərinə görə, bu gün Akopyan vəzifəsindən azad olunacaq, günün sonunadək isə yeni baş qərargah rəisinin adı məlum olacaq. 

Paşinyan əlavə edib ki, yeni baş qərargah rəisi sabah Silahlı Qüvvələr Komandanlığına təqdim olunacaq.

İcmal.Az

RƏYLƏR