Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi - VİDEO - FOTO

OXUNUB: 31 SİYASƏT
Bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmalıdır.

Görüşün əsas mövzusu Qarabağ münaqişəsinin tam nizamlanması və ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinin tam yerinə yetirilməsi üçün atılması gərəkən addımlardır. Həmin addımlar Ermənistanın üzərinə götürdüyü öhdəliklərin qeyd-şərtsiz icrasını ehtiva edir.

Görüşə qatılmaq üçün dünən İrəvanın "Zvartnos" hava limanına yollanmaq istəyən N.Paşinyanın qarşısını onun istefasını tələb edən ermənilər kəsiblər.

Onlar baş nazirin kortejini "Zvartnos"a buraxmamaq, onun Moskvaya yollanmasına mane olmağa çalışıblar.

Etraz aksiyası bu gün səhər saat 8 radələrində başlayıb.

Lakin İrəvandan aeroporta gedən əsas yollarda aksiya iştirakçılarının qarşısını polislər, hərbçilər və xüsusi təyinatlı polislərdən ibarət kordonlar kəsiblər.

N.Paşinyanın korteji çox böyük sürətlə hərəkət edərək kordonların yanından keçərək "Zvartnos"ya yollanıb.

Ermənistan müxalifəti isə "Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi" tipli açıqlamalarla sosial şəbəkələrdə qəzəbini izhar etməyə başlayıb.
 

RƏYLƏR