Paşinyan: İlham Əliyevlə danışıqlara hazıram

OXUNUB: 548 SİYASƏT

Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazırdır. 

İcmal.Az "Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu fikirləri jurnalistlərə açıqlamasında deyib. 

"Biz danışıqlar aparmağa hazırıq. Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var. Görüş və danışıqlar çox xeyirlidir. Biz hər şeyi həll etmək üçün səylərimizi davam etdirməyə hazırıq”, - o bildirib. 

"Həll atmosferi vacibdir. Biz bu atmosferi pozacaq addımlar atmırıq”, - Ermənistan baş naziri qeyd edib. 

İcmal.Az

RƏYLƏR