Paşinyan ilk dəfə həmsədrlərlə görüşdü

OXUNUB: 52 SİYASƏT

Ermənistan baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.

İcmal.Az xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Paşinyan həmsədrlərin münaqişənin sülh yolu ilə həlli prosesindəki vacib rolunu diqqətə çatdırıb və səmərəli əməkdaşlığın formalaşacağına ümid etdiyini deyib. 

Həmsədrlər tərəflərin üzərinə götürdükləri öhdəliyə əməl etməsinin vacibliyini və Vyana, Sankt-Peterburq, Cenevrə sammitlərində əldə edilmiş razılıqların həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}