Paşinyan Şuşaya gəldi - YENİLƏNİR

OXUNUB: 1247 SİYASƏT

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Paşinyan daha sonra Saakyanın müşayiəti ilə Şuşaya yola düşüb.

İnformasiyaya əsasən, Ermənistanın yeni baş naziri Xankəndi mətbuat konfransı keçirəcək.

****

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.

İcmal.Az xəbər verir ki, bu haqda TASS agentliyinə Paşinyana yaxın mənbə bildirib.

"Baş nazir Paşinyan helikopterlə gəldi. Onu Qarabağın "ali rəhbərliyi” qarşıladı”, - mənbə əlavə edib.

Onun sözlərinə görə, Paşinyanın separatçı qurumun siyasi və hərbi rəhbərliyi ilə görüşləri, həmçinin Xankəndidə mətbuat konfransı planlaşdırılıb.

Qeyd edək ki, Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində keçirilən səsvermə ilə baş nazi seçilib.

İcmal.Az

RƏYLƏR