Paşinyandan üz çevirən Putinin Bakı səfəri İrəvanda ŞOK YARATDI - Erməni şərhçi bütün DETALLARI AÇDI

OXUNUB: 3063 index-manşet SİYASƏT

Rusiya prezidentinin Azərbaycana bugünkü səfəri, ümumilikdə iki ölkə arasında olan yüksək səviyyədə münasibətlər Ermənistanda həyacanla izlənilir. Dünən jurnalistlərlə görüşünün gedişatında işğalçı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya prezidentinin yaxın vaxtlarda Ermənistana baş çəkəcəyini, müzakirənin bu istiqamətində davam etdiyini bildirsə də, erməni KİV-i rəsmi İrəvanı yalan danışmaqda ittiham edib.

"Rusiya prezidentinin mümkün səfəri haqqında müzakirələr davam edir. Müddət hələ dəqiqləşdirilməyib. Yaxın vaxtlarda deməyəcəyəm, amma bu səfər tezliklə olacaq. Səfərin statusu rəsmi olacaq”, - Balayan deyib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ehtimal etdi ki, Putin Ermənistana bu ilin sonunda və ya növbəti ilin başlanğıcında gələcək.

Amma Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dünən İrəvana siqnal verdi ki, Moskva üçün Putinin Ermənistana səfəri heç də prioritet deyil və İrəvan öz "növbəsini” sakitcə gözləyə bilər.

"Bizim prezidentimizin Ermənistana səfərinin təşkili imkanı müzakirə edilirdi, amma konkret müddət hələ müzakirə olunmur. Nəzərdə tutulur ki, prezidentlər Düşənbə (MDB-nin sammiti – red.) və Astanada (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti – red.) görüşəcəklər. Moskvada dekabrda Avrasiya İqtisadi İttifaqının sammiti planlaşdırılır. Bu, liderlər ən azından qısa danışmağa imkan verəcək. Ermənistana səfər və ya hər hansı müddətlər haqqında məsələ hələlik müzakirə edilmir…”, - o əlavə edib.

Uşakov xatırladıb ki, Rusiya və Ermənistan liderlərinin son görüşü "bu yaxınlarda” olub.

 

Ermənistanın "Birinci İnformasiya” saytında siyasi şərhçi Sarqis Artsruni xatırladır ki, "bu yaxınlarda”, daha dəqiq sentyabrın 1-də Soçidə Putin Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib, amma bu, Kremlin başçısına Azərbaycan Prezidenti ilə yeni görüşü keçirməyə mane olmur. Yeni görüş bu gün - həm də Bakıda keçiriləcək.

"Həm də, Ermənistan formal planda Rusiyanın regional müttəfiqidir və Azərbaycandan fərqli olaraq, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma Uşakovun dünənki sözlərində daha çox təhqiredici işarə var idi. O, imkan daxilində Rusiya siyasətində Ermənistanın rolunu, beləliklə, Putinin Ermənistana səfərinin dövlət və siyasi qiymətini kiçildir. Halbuki, erməni tərəfi inadla iddia edir ki, Putinin İrəvana səfəri rəsmi olacaq. Uşakov isə tədbirləri sadalayır ki, Paşinyan bu tədbirlərin gedişatında Vladimir Putinlə "şəkil çəkdirə” bilər. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan Putinlə üç dəfə görüşüb və bunlardan heç biri rəsmi deyildi”, - erməni şərhçi bildirib.

Onun sözlərinə görə, Putinin ətrafında əmindirlər ki, Ermənistanın qaçmağa yeri yoxdur və o "qardaş” Putinin səfərini səbrlə gözləyəcək, əgər Rusiya prezidentinin bir neçə saat boş vaxtı olacaqsa.

Sarqis Artsruni bu vəziyyətə görə, Moskvanı deyil, məhz Ermənistan hakimiyyətini ittiham edir:

"İnqilaba baxmayaraq, birvektorlu xarici siyasətə davam edirlər. Bütün meydançalarda bildirirlər ki, Ermənistanın xarici siyasəti dəyişməyəcək. Belə alınır ki, Rusiya Ermənistanın birinci şəxslərinin bütün xarici səfərlərinin əsas "qəhrəmanıdır”, çünki Nikol Paşinyanın bütün səfərləri Ermənistanın xarici siyasətinin dəyişməz olacağı barədə təminatlardan başlanır”.

İcmal.Az

RƏYLƏR