Paşinyanın iqamətgahı önündə etiraz aksiyası başladı

OXUNUB: 132 DÜNYA

Ermənistan baş naziri Nikol Paşinyanın Yerevandakı Baqramyan prospektindəki iqamətgahı qarşısında etiraz aksiyası keçirilir. 

İcmal.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, etiraz edən hərbi komissarlıqların əməkdaşları optimallaşdırılma prosesinin ləğv olunmasını tələb edirlər.

Onların fikrincə, bu proses kütləvi işdən azad edilmələrə səbəb olur. 

Baqramyan prospektini taksi şoferləri də qismən bağlayıblar. Sürücülərdən biri jurnalistlərə bildirib ki, aksiya iştirakçıları lisenziyalaşdırma prosesinin qaydaya salınmasını tələb edirlər.

Onlar xahiş edirlər ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı yaranmış cərimələr bağışlansın və parketmə xidməti pulsuz olsun. 

Maşın idxalçıları da iqamətgah qarşısına toplaşıblar. Onlar ölkəyə gətirilən maşınların gömrükdə rəsmiləşdirilməsi ilə bağlı verilən 10 günün artırılmasını tələb edirlər. 

Bütün etirazçılar baş nazirlə görüşmək istədiklərini bildiriblər.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}