Paytaxt çayxanalarından birində kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

OXUNUB: 684 HADİSƏ
Bakının Yasamal rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

İcmal.Az report-a istinadən xəbər verir ki, dava 2-ci Alatava ərazisində yerləşən çayxanalardan birində 6 nəfər arasında düşüb.

Nəticədə 57 yaşlı Alıyev Alı Yadullah oğluna iki, 32 yaşlı Məmmədov Qədir Vilayət oğluna isə bir bıçaq zərbəsi vurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Alıyevin vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 
İcmal.Az

RƏYLƏR