Paytaxt sakinləri ərzağa və içkiyə 4151,5 milyon manat xərcləyiblər

OXUNUB: 769 İQTİSADİYYAT

2017-ci ilin yanvar-iyun aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 2,3 faiz artaraq 8942,2 milyon manat olub.

7news.Az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 4151,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,9 faiz artaraq 4790,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 18,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-iyun aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 22,0 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,2 faizi hüquqi şəxslərdən, 2,8 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsullar realizə edilib.

 

İcmal.Az

RƏYLƏR