Paytaxtda 20 min manatlıq oğurluq

OXUNUB: 570 HADİSƏ

Bakı şəhərində evdən 20 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 20 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-dən 20-dək olan müddətdə iki evin həyətindən iki velosiped, bir evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

İcmal.Az

RƏYLƏR