Paytaxtda bu masaj salonuna basqın edildi - Elə adamların adı var ki...

OXUNUB: 949 HADİSƏ

Ankarada masaj salonu lövhəli iş yerlərində fahişəlik edən dəstəyə qarşı keçirilən əməliyyatda, 4-ü polis məmuru, 1-i ədliyyə, 1-i də bələdiyyə əməkdaşı, 22 nəfər saxlanılıb.

7news.az metbuat.az-a istinadla xəbər verir ki, faktla bağlı 4 polis məmurunun da axtarıldığı bildirilib.

Ankara Respublika Baş Prokurorluğu Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu gələn şikayətlər üzərinə açılan istintaqa şəhərin müxtəlif nöqtələrində masaj salonu lövhəsi altından açılan iş yerlərində fahişəlik edildiyi müəyyənləşdirilib.

Baş prokurorluq bu salonların mütəşəkkil bir şəkildə eyni adamlar tərəfindən işlədildiyini və cinayət şəbəkəsinin içində dövlət rəsmilərinin də olduğunu müəyyən edib.

Prokurorluğun göstərişilə dünən hərəkətə keçən Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İdarəsinin briqadaları, şübhəlilərə qarşı əməliyyat keçirib. Əməliyyatda, 4-ü polis, 1-i ədliyyə, 1-i də bələdiyyə işçisi olmaqla, 22 nəfər saxlanılıb. İstintaq çərçivəsində 4 polis məmurunun da yaxalanması üçün işlərin davam etdiyi bildirilib.

Nəzarətə alınan dəstə üzvləri haqqında, mənfəət məqsədli təşkilat qurmaq, təşkilata yardım, fahişəliyə vasitəçilik və yer təmin etmə, rüşvət və 6136 saylı qanuna müxalifət cinayətlərindən əməliyyat keçirildiyi bildirilib.

RƏYLƏR