Paytaxtda hamamda çimən uşağı cərəyan vuraraq öldürdü

OXUNUB: 767 SOSİAL

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

 Biləcəri qəsəbəsindəki yaşayş evlərindən birində 2010-cu il təvəllüdlü Hüsenyov Paşa Hafiz oğlu hamam otağında duş alarkən onu qəfildən cərəyan vurub.

Uşaq ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR