Pensiyaçılara şad xəbər

OXUNUB: 1028 SOSİAL
Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə pensiya və müavinətlərin ödənişi zamanı "Azərpoçt” MMC-nin infrastrukturundan istifadə edilə biləcək.

İcmal.Az-ın məlumatına görə, bu barədə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.

Sənəddə göstərilib ki, bu gün ölkədə pensiya və müavinətlərin alınması ödəniş kartları vasitəsilə həyata keçirilsə də, bu sahədə müəyyən problemlər qalmaqdadır. Belə ki, bu işə məhdud sayda banklar cəlb edildiyinə görə pensiya və müavinətlərin verildiyi günlərdə həmin bankların bankomatları qarşısında sıxlıq yaranır.

Sosial ödənişlərin paylanmasına cəlb olunan müvəkkil bankların sayını artırmaq və vətəndaşlara bunların arasından sərbəst seçim etmək imkanı verilməlidir.

Bu, bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, bank sektorunda rəqabətin güclənməsinə də müsbət təsir göstərə bilər.

Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə isə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında "Azərpoçt” MMC-nin infrastrukturundan istifadə təmin edilə bilər.
 
İcmal.Az

RƏYLƏR