Pərvanə Dostəliyeva - "Nazpəri məni insanlara "bic" kimi təqdim edir" - Video

OXUNUB: 1534 HADİSƏ

Özünü xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı kimi qələmə verən və 6 yaşında ona atasının təcavüz etdiyini iddia edən Pərvanə yeni video paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, illər öncə başına gələn hadisələrin intiqamını almaq istəyən Pərvanə bibisi Nazpəri Dostəliyevaya müraciət edib.

O, heç vaxt Nazpəridən pul istəmədiyini dilə gətirib:

"Biz heç vaxt ondan pul istəməmişik. Deyir ki, mən nikahdankənar doğulmuşam. Bu səbəbdən məni insanlara "bic" kimi təqdim edir. Lakin mənim sübutum var. Sənəddə mənim adım Pərvanə Dostəliyeva Ağalar qızıdır. Ana adı Şəhla, ata adı Ağalardır. Özüm bu soyaddan imtina etmədim, çünki bir gün intiqam alacağımı bilirdim. Aldım da".


RƏYLƏR