Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını yaydı

OXUNUB: 3616 ŞOU-BİZNES

Aktrisa Pərvin Abıyeva müğənni Səidə Sultanın intim fotolarını paylaşıb.

7news.az xəbər verir ki, dünən "Maşın" şoudan Səidə Sultan tərəfindən oyundan çıxarılan Pərvin Abıyeva sakitləşmək bilmir. Canlı yayımda böyük qalmaqal yaşayan aktrisa müğənninin ünvanına təhqiramiz fikirlər səsləndirməklə kifayətlənməyərək Səidə Sultanın açıq-saçıq fotolarını paylaşıb.

Fotolarda Səidə Sultanın həmkarı Emil Bədəlovla öpüşdüyü, həmçinin Nadir Qafarzadənin onun sinəsinə toxunduğu kadrlar da yer alıb.

 

P.Abıyeva verilişlə bağlı paylaşıma bunları yazıb: "Səidə xanım, deyəsən, Emil Bədəlovla öpüşdüyü şəkli unudub. Mənim Kənana qardaş deməyim onu yandırıb, halbuki, özü dost dediyi Niyamın qucağından düşmür. Publikaya işləyən, əslində, göz qabağındadır! Mən emosiyalarımın qurbanı oldumsa, bu, məni sadəcə sevindirər. Çünki ailəmə dil uzadanı yerinə otuzdurdum. Məni istər sevin, istər sevməyin, hadisə dediyim kimi olub. Azacıq qadınlıq şərəfi varsa, özü, ya da maşının ətrafında olan iştirakçılar təsdiqləyəcək ki, mən efirdə söyüş istifadə etməmişəm. Bəli, mən hisslərimə uduzdum, onun vaxtı ilə gördüyü işləri unutdum, hətta bayırda dostluq edəcəyimizi düşündüm. Amma bilməzdim ki, məni həssas yerimdən vuracaq".

 

Bir müddət sonra isə aktrisa fotonu silib.

RƏYLƏR