Pərvin "Maşın şou" barədə: "Buna tülkü kimi, araxadan vurmaq deyilir"

OXUNUB: 694 ŞOU-BİZNES

Hüseyn uşaqdır. Öz ağlı ilə oturub-dursaydı, bunları etməzdi. Roza ona söz vermişdi ki, finala aparacam. Hətta Hüseyn elə bilirdi ki, Roza maşını ona verəcək.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "10-dan sonra" verilişində deyib. Aktrisa "Maşın" şoudan, müğənni Roza Zərgərlidən və bloqqer Hüseyn Əzizoğlundan danışıb:

 

"Onlar ilk gün bir deyildi. Sonra birdən birə "mama-papa" oldular. Abbas Bağırov Hüseyn, Uran və Roza Zərgərli üçün güclü rəqib idi. Onun SMS-ləri güclü idi. Ona görə də onlar onun adını çəkmədən vurdular. İnsanın mübarizə aparmağa haqqı var. Ora gəlmisən ki, mübarizə aparasan, dostlarından səs istəyəsən. Amma buna tülkü kimi, araxadan vurmaq deyilir. Roza etdi onu. Deyirdi, mənim üçün fərqi yoxdur, kim olsa vuracam".

İcmal.Az

RƏYLƏR