Pərviz Şahbazov post müharibəsinə başladı - Energetika Nazirliyində XAOS

OXUNUB: 1779 TƏHLİL
Energetika naziri Natiq Əliyevin vəfatından sonra Pərviz Şahbazov yeni nazir təyin edildi.
 
Miq.az-a daxil olan məlumata görə, yeni nazir Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur. Gənc və perspektivli görünən yeni nazirin Azərbaycan iqtisadiyyatının bel sütunu olan energetika sahəsində mühüm addımlar atacağına ümid edilir. Lakin onun gəlişindən sonra energetika sahəsində hər-hansı yeniliklər yox, nazirlik tərkibində qarşıdurma gündəmdədir. ... daxil olan məlumata görə, hazırda Energetika Nazirliyində Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi postuna uğrunda savaş başlanıb. Pərviz Şahbazov nazir təyin olunan kimi Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Hacıqulu Sadıqovu işdən çıxartdı. Məlumata görə, Hacıqulu Sadıqovun nazirlikdə ciddi nüfuzu olmayıb, həmçinin, kollektiv də ondan narazı olub. Sadıqovun gedişindən sonra idarənin kollektivi bayram edirmiş. Yeni nazir bu mühüm posta hazırda Dövlət Qaz Nəzarəti İdarəsinin Şirvan regional bölməsinin rəisi Əfqan Şıxəliyevi gətirmək niyyətindədir. Hətta bununla bağlı artıq işə başlanıldığı deyilir. Lakin buna səbəb Əfqan Şıxəliyevin bacarıqlı rəhbər olması deyil. Əfqan Şıxəliyev Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun kirvəsidir. Mənbələr Şıxəliyevin bu posta təyin edilməsini İsmayılovun yeni nazirin atası Oqtay Şahbazovdan xahiş etdiyini, ikinci də oğlu Pərviz Şahbazova dediyini bildirirlər. Lakin bu təyinat hələlik rəsmiləşməyib. Buna səbəbsə Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi postu uğrunda mübarizənin Energetika Nazirliyinin də hüdudlarını aşaraq, "klanlararası” müstəviyə keçməsidir. Hazırda bu posta kimin təyin olunması üzərində mübarizə gedir. Hələ ki namizədlərdən yalnız Əfqan Şıxəliyevin adı məlumdur.

RƏYLƏR