PFL "Neftçi" - "Qarabağ" görüşünün məkanını dəyişəkmi? - Rəsmi

OXUNUB: 973 İDMAN
Bildiyiniz kimi, çempionatın son turunda çempion "Qarabağ" səfərdə "Neftçi" ilə qarşılaşacaq. 

7News.Az xəbər verir ki, "Neftçi" azarkeşləri "Bakcell Arena"da əzəli rəqibin kubok qaldırmasını istəmirlər. Buna görə oyunun "Dalğa Arena"da keçirilməsini tələb edirlər. 

Bəs bununla bağlı olaraq "Neftçi" PFL-ə müraciət edibmi?

Məsələyə aydınlıq gətirmək üçün PFL-in mətbuat katibi Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi saytımıza açıqlamasında PFL-ə müraciət olunmadığını bildirib.

"Neftçi" - "Qarabağ" görüşü təqvimdə qeyd olunduğu kimi 11 may tarixində saat 18:00-da "Bakcell Arena"da keçiriləcək. 
 
7News.Az

RƏYLƏR