Pivə zavodunda çəkilən iyrənc görüntülər dəhşətə gətirir - VİDEO

OXUNUB: 1811 DÜNYA

Pivə zavodunda çəkilən görüntülər dəhşətə gətirir.

Görüntülərdə zavodun qadın işçilərinin saxta dəmir bankalarını içərisi pivə ilə dolu olan vannaya salıb, oradan doldurması əks olunub.

Vannanın içərisinə eyni anda bir neçə qadın əlini salır və onların əllərində əlcək yoxdur.

İçərisi yarımçıq doldurulan dəmir bankalar başqa işçilərə ötürülür. Onlar isə xüsusi alətlə bankaların qapağını bağlayırlar.

Amerikanın nəhəng pivə firması "Budweiser"in araşdırdığı görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb.

Görüntülər Çinin cənubundakı Guangzhou şəhərindəki Dongguan fabrikində çəkilib.

 

Qeyd edək ki, "Budweiser" Amerikanın nəhəng pivə şirkətidir. O, 141 ildir ki, fəaliyyətdədir./milli

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Pivə zavodunda çəkilən iyrənc görüntülər dəhşətə gətirir

RƏYLƏR