PKK-nın qadın təşkilatının rəhbərlərindən biri öldürülüb

OXUNUB: 1753 GÜNDƏM DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının nəzdindəki "Kürdüstan Azad Qadın Partiyasının” (PAJK) rəhbərlərindən olan Esma Erat məhv edilib. 

"Delal Nurhak" kod adlı E. Eratla birlikdə onun sürücüsü, "Zilan Kobani” kod adlı şəxs də öldürülüb.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü E. Erat PKK terror təşkilatına 1989-cu ildə qatılıb. Terror təşkilatının lideri Abdullah Öcalan tərəfindən 1993-cü ildə onun siyasi və hərbi təhsili təmin olunub. 

RƏYLƏR