PKK-ya ağır zərbə — Terror qruplaşmasının silah anbarı ələ keçirildi

OXUNUB: 1193 DÜNYA
Türk Silahlı Qüvvələri Şırnakın İncəbül dağlarında PKK terrorçularına qarşı əməliyyata davam edir.


Terrorçulara məxsus 25 mağarada yüzlərlə silah və on minlərlə güllə ələ keçirilib.

19 aprel tarixindən başlayan əməliyyatlar davam edir. Bu barədə Türk Silahlı Qüvvələri açıqlama verib. Açıqlamaya əsasən terrorçuların istifadə etdiyi 25 mağara aşkar ediib. Mağaralarda keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində 237 "Kalaşnikov" markalı avtomat, 23 "G-3", 9 "Bixi", 8 "Dragunov KANAS" vəs. markalı avtomatlar ələ keçirilib. Bildirilir ki, bu son illərdə PKK-ya vurulan ən ağır zərbədir./olke.az

İcmal.Az

RƏYLƏR