PKK-ya məxsus sığınacaqlar ələ keçirildi - Bitlisdə

OXUNUB: 1121 DÜNYA

Bitlisdə aparılan hərbi əməliyyatlar zamanı PKK-nın iki sığınacağı ələ keçirilib.

Bitlisin Tatvan ilə sərhədində yerləşən ərazidəki sığınacaqdan çox sayda partlayıcı qurğu aşkar edilib. İçərisində 380 kq ammonium nitrat olan partlayıcı maddə isə torpağa basdırılmış vəziyyətdə olub.

Sığınacaqlardan partlayıcı qurğularla yanaşı, ərzaq ehtiyatı və enerji daşıyıcıları da tapılaraq götürülüb./metbuat.az

 İcmal.Az


RƏYLƏR