Polietilen torbalarla bağlı sənədlərin qüvvəyə minəcəyi vaxt açıqlandı - RƏSMİ

OXUNUB: 408 SOSİAL

"Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır. Sənəd dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək”.

İcmal.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb:

"Cədvəldə 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, eyni zamanda, həmin ölçüdən çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb”.

"Bu təcrübə bir çox ölkələrdə tətbiq edilir və səmərəli nəticə verəcək”, - deyə nazir qeyd edib.

RƏYLƏR