Polis AZAL-ın vitse-prezidentinin oğlunu sərxoş halda saxladı - 300 MİNLİK YAQUARI İÇKİLİ İDARƏ EDİB

OXUNUB: 1196 Özəl Seçilmiş Önəmli
Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Əldə edilən məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.

Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.
 
 
İcmal.Az

RƏYLƏR