Polis baş nazir Henrinin Haitidəki şəxsi iqamətgahına hücum edib

OXUNUB: 160 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Karib hövzəsi ölkəsi Haitidə son bir ayda 14 polis məmurunun silahlı dəstələr tərəfindən öldürülməsinə reaksiya verən polis paytaxt Port-au-Prinsdə küçələrə çıxıb. Təkərləri yandıraraq yolları bağlayan etirazçılar Haitinin baş naziri Ariel Henrinin rəsmi iqamətgahına da hücum ediblər. Qəzəbli etirazçılar daha sonra Henrinin Argentina səfərindən qayıdarkən Toussaint Louverture Beynəlxalq Hava Limanına yollanıb. Henrinin etiraza görə bir müddət hava limanında ilişib qaldığı, daha sonra evə gedə bildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR