Polis əməkdaşı 5 min dollara mərc etdi: “Sərxoş halda sürsəm də, saxlamayacaqlar” - VİDEO

OXUNUB: 803 DÜNYA

Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşı olan gənc sərxoş vəziyyətdə mərc edib.

Sosial şəbəkələrdə yayılmış videoçarxda sərxoş polis əməkdaşı 300 min rubla (təxminən 5 min dollar - red.) mərc gələrək iddia edir ki, maşını sərxoş halda sürsə də, onu saxlayan olmayacaq, çünki polis işçisidir və poqonları var.

"Sən də polis ol, eyni halla üzləşəcəksən", - polis əməkdaşı mərc gəldiyi şəxsə deyir.

Mənbənin bildirdiyinə görə, video ilə bağlı Yamal polisində araşdırma başlanıb, polis əməkdaşı vəzifələrinin icrasından uzaqlaşdırılıb./

7news.Az

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polis əməkdaşı 5 min dollara mərc etdi:

RƏYLƏR