Polis əməliyyat keçirdi: Məşhur hakim fahişəxanada saxlanıldı

OXUNUB: 867 HADİSƏ
Sloveniyalı FIFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovina polisi tərəfindən həbs olunub.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı referi polisin fahişəxanada keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onunla birlikdə 9 qadın və 26 kişi həbs olunub.

Saxlanılanlar eyni zamanda narkotik maddədən istifadə və silah saxlamaqda ittiham olunub. Slavko Vinçiç ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
 
 

Bosniya və Herseqovina polisinin basqını fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.

Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.

7News.Az

RƏYLƏR