Polis maşını saxladı, içindən oğurluq qoyunlar çıxdı

OXUNUB: 845 HADİSƏ

Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, həmin gün saat 1 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib. Sürücü və sərnişinləri - Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər. Araşdırmalar zamanı onlar izahatlarında qeyd edilən qoyunları Saatlı rayonu ərazisindəki fermalardan birindən oğurladıqlarını etiraf ediblər.

Hər üç şəxs toplanmış materiallarla birgə Saatlı RPŞ-yə təhvil veriliblər. 

İcmal.Az

RƏYLƏR