Polis məktəb direktorunun həyətindən silah-sursat tapdı - saxlanılanlar var

OXUNUB: 1638 HADİSƏ
Ağdamda məktəb direktorunun həyətində aşkarlanan silah-sursatla bağlı aparılan araşdırmalar nəticəsində saxlanılanlar var.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşılı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.

Məlumata görə, R. Mirzəliyevin həyətinə baxış keçirib. V. Əliyev, R. Mirzəliyev və E. Vaqifoğlu saxlanılıb. Araşdırma aparılır.
 

İcmal.Az

RƏYLƏR