Polis narkomanı bu döymə əsasında tutdu - "Pod kayfom" - VİDEO

OXUNUB: 812 HADİSƏ

Qabil Mövlanovu Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşları axtarışda olduğuna görə yox, boğazındakı çətənə yarpağının döyməsinə görə saxlayıblar. 

 "Pod kayfom" sözü ilə əhatə olunan çətənə yarpağı əməliyyatçıların gözünə birtəhər dəyib. 
 
Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qabil Mövlanovun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 25 qram tiryək aşkar olunaraq götürülüb: "Gedirdim yolla, parkın kənarından tapdım. 1 büküm idi. Əlimi atdım götürdüm, gördüm tiryəkdir. Özüm istifadə etdim bir müddət, Sahil qəsəbəsində polis əməkdaşları qarşıma çıxdı, üstümdən çıxdı". 
 
Özünü oğru aləmində görən, barmağındakı SS işarəsinin mənasından bixəbər olan Qabil Mövlanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İkinci dəfə məhkum olunduğuna görə cəzasının daha ağır olacağı istisna olunmur./apa.tv

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

Narkomanı döyməsi ələ verdi -

RƏYLƏR