"Polis saxladı ki, başqasının avtomobilini qaçırtmısan" - Azərbaycanlı aktrisa

OXUNUB: 1105 MƏDƏNİYYƏT

Dövlət Musiqili Teatrının aktrisası Gülnarə Əzizova Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa özü "Praym-şok" verilişində danışıb. O bildirib ki, başqasının avtomobilini idarə etdiyi üçün belə bir hadisə ilə qarşılaşıb:

 

"Xaricdən gələn qonaqlarımı dəniz kənarına apardım. Səhəri gün işə gedəndə yol polisləri məni saxladılar. Başqasının avtomobilini sürdüyümü dedilər. Əvvəl etiraz etdim, sonra düşüb maşının seriya nömrəsinə baxdım. Məlum oldu ki, həmin məkanda mənim avtomobilimlə eyni rəng və eyni nömrədə olan maşını sürüb getmişəm. Maşının sahibi də məni polisə şikayət edib ki, avtomobilimi qaçırıblar. Amma nəticə yaxşı oldu, biz də öz avtomobilimizə qovuşduq".

İcmal.Az

RƏYLƏR