Polis tərəfindən saxlanılan şəxs intihar etdi

OXUNUB: 529 HADİSƏ

Astara rayonunda polis tərəfindən tutulan şəxs intihar edib.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

İcmal.Az 

RƏYLƏR