Polisləri “zibil” adlandıran azərbaycanlı qız axtarışa verildi

OXUNUB: 875 DÜNYA

Milad bayramı ərəfəsində avtomobili ilə iki polis patrulunu vuran Lvovun azərbaycanlı sakini Elnarə Abiyeva haqqında yeni məlumat yayılıb. Belə ki, Elnarə 4 il ərzində yol hərəkatını pozduğuna və asəsan də onda narkotik keflənmə əlamətləri müşahidə olunduğuna görə 13 protokol tərtib edilib.

 Bu barədə Ukraynanın TCH telekanalı məlumat yayıb.

26 yaşlı Elnarə, xidməti vəzifəsini yerinə yetirən  hüquq-mühafizə orqanı əməkdaşlarına bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Məsələ ilə bağlı artıq onun yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilib. Buna baxmayaraq Elnarə polis bölməsinə yaxınlaşmayıb.

Gələn həftə ilə E. Abiyeva ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Belə ki, o istintaqdan yayınmağa davam etsə, o, axtarışa veriləcək.

Bununla yanaşı, qadının Azərbaycana və ya İtaliyaya gedə biləcəyi də istisna olunmur./oxu

İcmal.Az

RƏYLƏR