Polkovnikdən Gömrük Komitəsinə və Sərhəd Xidmətinə sərt sözlər: “Azərbaycanı dünyada biabır edirsiniz” - MÜRACİƏT

OXUNUB: 1756 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, son vaxtlar Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin fəaliyyətindən narazılıqlar artıb. Bu narazılıqların sırasına DYP-də qoşulub. Xaricdən ölkəmizə gələn turistlər gömrükçülərin və sərhədçilərin fəaliyyətindən ağız dolusu şikayət edirlər. Yol polisinin qanunsuz fəaliyyətindən mütəmadi olaraq şikayətlər ünvanlayırlar. Məsələ burasındadır ki, öz vətəndaşlarımız da xaricə üz tutarkən sərhədçilərdən və gömrükçülərdən faktlar əsasında minlərlə şikayət ünvanlayırlar. İnkişaf etmiş ölkələri qoyaq bir kənara, qonşu Gürcüstanın eyniadlı qurum işçiləri belə bizimkilərə nümunə kimi göstərilir.

Bu xüsusda redaksiyamıza daxil olan daha bir yazını təqdim edirik. Keçmiş DTX-nin polkovniki Böyükağa Cabarovun qələmə aldığı şikayət, nəsihət janrlı məqalədə sözün əsl mənasında mövcud ciddi problemin bütün tərəflərinə toxunulubb. Müraciəti olduğu kimi təqdim edirik:

"Əziz dostlarım və həmvətənlərim!

Bu, ürək ağrısı ilə, məcbur olub qələmə aldığım yazını istəyirəm Sizinlə paylaşım. Bir neçə gün bundan əvvəl, sentyabrın 22-si, 1982-1984-cü illərdə mənimləMoskvada, Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında təhsil almış və 1984-1986-cı illərdə Əfqanıstanda birlikdə banditizmə qarşı çiyin-çiyinə döyüşən general dostum rəhmətə getdiyi üçün Gürcüstana yola düşdüm. Və ilk dəfə idi ki, maşınımla getdim. Kaş ki, getməyəydim, ayaqlarım sınaydı!!! Çünki gördüklərimdən dəhşətə gəldim. Azərbaycanlı olduğum üçün utandım və Vətənim uğrunda Əfqanıstan və Qarabağ müharibələrində axıtdığım qanın, itirdiyim sağlamlığımın əbəs yerə olduğunu anladım-çox heyif!

Birinci istəyirəm qeyd edəm Balakəndəki Sərhəd keçid məntəqəsi və oradakı gömrük işçilərinin insanlarla münasibətindən. Əvvəla, istəyir cavan olsun, istəyir yaşlı, bir saat heç nəyə lazım olmayan, tam mənada bürokratik yoxlama, qaba rəftar, təhqir və s. Bir sözlə, tərbiyyəsiz, səviyyəsiz Çuşkalar! Deyirsən ki, oğlum, rəisini görmək olar? cavab verir ki, "Ə, yeri get işinə, rəis burada yoxdur, hələ bir gör Gürcüstanda başına nə oyun açacaqlar". Keçirəm Gürcüstana. Pasportu alıb möhür vurur, "Откройте пожалуйста багажник". Göz ucu baxandan sonra: "Добро пожаловать в Грузию"! Vəssalam ikicə dəqiqədən sonra artıq Laqodexidəsən. Geri qayidanda da eyni ssenari: Gürcüstan yenə iki dəqiqə yoxlama və "Счастливого пути" sözləri, Azərbaycan tərəfi isə bir saat yoxlamadan sonra başı ilə Get işarəsi, yəni, Rədd ol ! Hələ sürücülər deyir ki, Qırmızı körpü keçid məntəqəsində lap biabırçılıqdır. Gürcüstandan qayidanda iki gün Şəkidə Karvansarayda və bir gün də Şəkili dostum gildə qonağ qaidım, gözəl əhval ruhiyyə ilə Bakıya yola düşdüm. Onu da əlavə etmək istəyirəm ki, Şəkidə Karvansarayda qalanda, orada çoxlu xarici qonağlar və xüsusilə Ruslar qalırdı. Onlar Azərbaycan xalqının qonağpərvərliyindən ağız dolusu danışırdılar, amma deyirdilər ki, düzgün qoyulmayan yol hərəkəti qaydaları, sürücülərin haqqlarıni pozur. Bundan nəinki sürücülər şikayət edir, hətta biz özümüz də yol gələndə bunun şahidi olduq... Onlara dedim ki, gedin öz dərdinizi çəkin ,sizdə məgər yaxşıdır? Cavab verdilər ki, xeyir yaxşı deyil, amma sizə baxanda biz toya getməliyik.

Sual olunur: Mən, Azərbaycan vətəndaşı, niyə bu sözləri Xaricilər bir yana, ruslardan eşitməliyəm? Axı biz, sadə vətəndaşlar xaricilərdən Azərbaycanımız haqqında belə sözləri eşitmək istəmirik !!! Niyə müvafiq orqanlar bu biabırçılıqlardan bir nəticə çıxarmır ? Şəki - İsmayıllı - Bakı yolunda, çox yerdə, gözəl avtoban salinıb. Həqiqətən gözəldir və bu yolla gedəndə adamın ürəyi sevinc hissi ilə dolur. Amma, fikir verək hansıza savadsızın fikirləşib qoyduğu sürət qaydalarına: 90, 300 metrdən sonra 60 və o saat Radar. Üstəlk, hər addım başı DYP. Bax, beləcə, bütün yol boyu 90-a qaldırandan sonra, birdən 60 yazılanda yazıq sürücü neyləsin? Sabahısı günü gedib Asanpaya 50 azn ödəsin ! Mən, Sovet İttifaqı vaxtı işimlə əlaqədar, bir neçə xarici ölkədə çalışmış, dünyanın 18 ölkəsində maşın sürmüşəm. Amma, belə biabırçı yol qaydalarını, bu qədər Radar və yol polislərini heç yerdə görməmişəm. Misal üçün, Almaniyanın Düsseldorf şəhərindən Avstriyanın İnsbruk şəhərinə 720 km-lik yolu 4 saata qət etmişəm. Bizdə isə Bakıdan Balakənə 7 saat. Mən başa düşmürəm biz XXI əsrdə yaşayırıq, yoxsa XIX əsrdə? Yol işarələri yox dərəcədədir. Hər hansı bir rayona getmək üçün, ya yolu tanımalısan, ya da hər addım başı maşını saxlayıb getdiyin yeri soruşmalısan. Eyni hal elə Bakıda da var. Şəhərimiz elə bil Labirintdir.

Mən çox istərdim ki, bu yazımı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də oxusun və doğma Azərbaycanımızı, onun sadə və gözəl insanlarını, bəzi savadsız, tutduğu vəzifədən başı çıxmayan, tamamilə səviyyəsiz və əxlaqsız ünsürlərdən xilas eləsin. Mən buna əminəm edəcək!!!

Böyükağa Cabarov, Keçmiş DTX-nin polkovniki

7NEWS.az

RƏYLƏR