Polkovnikin məhkəməsi başladı - 147 min alaraq söz verib...

OXUNUB: 791 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləliyev, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. Belə ki, onlar zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini vəd verərək ondan 147 min manat alaraq qaytarmayıblar. Bundan başqa bir neçə epizod üzrə də ittiham edilirlər.

V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib. V.Güləliyev ləğv edilmiş MTN-in Laçın rayon şöbəsinin rəisi işləyib, hazırda təqaüddədir./qafqazinfo

 


İcmal.Az

RƏYLƏR