Polşa ukraynalı qaçqınlardan mənzil haqqı alacaq

OXUNUB: 144 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşa Nazirlər Kabineti Polşa Daxili İşlər və İnzibati İşlər Nazirliyi tərəfindən hazırlanmış ukraynalı qaçqınlara yardım haqqında qanuna dəyişiklikləri özündə əks etdirən qanun layihəsini qəbul edib. Müharibədən qaçan qaçqınlara ödənilən yardım sisteminin sərtləşdirilməsini və qaçqınlar tərəfindən kollektiv yaşayış yerlərində yaşayış xərclərinin bir hissəsinin ödənilməsini ehtiva edən qanun layihəsinə görə, 2023-cü il martın 1-dən Polşada daha çox qalacaq hər bir ukraynalı qaçqın 120 gündən çox olanlar 40 zloti (təxminən 8,5 avro) məbləğində gündəlik müavinət almaq hüququ qazanacaqlar, çəkilən xərclərin 50 faizini ödəyəcəklər.Yaşayış müddəti 180 günü keçərsə, gündə 60 zlotidən (12,8 avro) çox olmamaq şərti ilə qeyd olunan xərclərin 75 faizini öz cibindən ödəyəcək. Əlillər, uşaqlar, pensiyaçılar, hamilə qadınlar, 12 yaşadək uşaqlar, 3 uşaqlı ailələr və çətin vəziyyətdə olan şəxslər bu xərclərdən azad ediləcəklər. 

RƏYLƏR