Polşada elektrik velosiped hazırlanıb

OXUNUB: 885 MARAQLI DÜNYA

Polşanın "Avionics" şirkəti özünün yeni ixtirasını – V1 adlı retro elektrik velosipedi təqdim edib.

 Bu barədə UNN agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, o, ötən əsrin 30-cu illərdə mövcud olmuş əsl dizayndan fərqlənir və tamamilə müasir "içlikli"dir. Velosiped saatda 56 kilometr sürətlə hərəkət etməyə imkan verən 5 kVt mühərriklə təchiz edilib.

İstehsalçının vədinə görə, onun batareyasının doldurulması 3 saatdan artıq vaxt aparmır. Güman edilir ki, akkumulyatorun enerjisi nəqliyyat vasitəsinə 120 kilometrədək hərəkət etməyə imkan verir. /report

 

İcmal.Az

RƏYLƏR