Pomidorla bağlı mühüm xəbər - Bundan sonra...

OXUNUB: 644 SOSİAL

Məhdudiyyətlərin aradan qaldırılması üçün mexanizm mövcuddur

Rusiya və Türkiyə rəsmiləri qarşıdakı həftələrdə pomidor idxalı da daxil olmaqla, mövcud məhdudiyyətləri müzakirə edə bilər.

Bu sözləri Rusiya İqtisadi İnkişaf nazirinin müavini Aleksey Qruzdev deyib.

"Məsələ ilə bağlı hər iki tərəf arasında danışıqların aparılması gözlənilir. İki ölkə arasında məhdudiyyətlərin aradan qaldırılması üçün mexanizm mövcuddur", – Rusiya rəsmisi bildirib.

 

Əvvəllər Türkiyədə yetişdirilən pomidorun təxminən 40 faizi Rusiyaya ixrac olunurdu. 2016-cı ildə Rusiyanın pomidor istehsalı 18 faiz artıb. Rusiya bazarının bağlanmasından sonra Türkiyə istehsalçıları ixracın bir hissəsini Belarusa göndəriblər. Azərbaycan Rusiyaya daxil olan tədarük həcmini 2 dəfə, Mərakeş 3 dəfə, Belarus isə bir qədər artırıb. Türkiyənin yerini isə bu bazarda getdikcə Çin tutur./istipress

 

 İcmal.Az

 

RƏYLƏR