Popov: Son bəyanatımız hər iki tərəfə ünvanlanmışdı

OXUNUB: 829 SİYASƏT

ATƏT-nın Minsk qrupunun həmsədrləri cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirir.

Bu barədə rusiyalı həmsədr İqor Popov bildirib.

Diplomat cəbhədəki son gərginliyi Azərbaycan prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib.

"Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik. Əlimizdən gələni etməliyik ki, oxşar hadisələr yenidən təkrarlanmasın. Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik”, - deyə diplomat bildirib.

Son bəyanatlarının hər iki tərəfə ünvanlandığını deyən rusiyalı həmsədrin sözlərinə görə, əsas ismarıc təmas xəttində gərginliyin azaldılmasına yönəlib./apa

 

İcmal.Az

RƏYLƏR