Porno kralı Trampın videosunu gətirənə 10 milyon dollar vəd etdi - FOTO

OXUNUB: 646 DÜNYA

ABŞ-da 40 ildən çoxdur yayımlanan "Hustler” pornoqrafiya dərgisi oxucularına qəribə təklif göndərib.

Dərginin sahibi Lerri Flaynt ABŞ Prezidenti Donald Trampın vəzifəsindən kənarlaşdırılmasını təmin edəcək bir bilgi verənə 10 milyon dollar mükafat vəd edib.

Porno kralının bu vədi "Vaşinqton Post” qəzetində detallı şəkildə dərc edilib. Elanda D.Trampın vəzifəsindən uzaqlaşdırılması üçün çürüdülə bilməyəcək bir dəlilin, foto və ya videonun tələb olunduğu bildirilib. Məqalədə, həmçinin, porno ulduzun niyə D.Trampın vəzifədən kənarlaşdırılmasını istədiyi detalları ilə verilib.

Məlum olub ki, dərginin sahibini D.Trampın ABŞ-ı "Paris İqlim Müqaviləsi”ndən çəkməsi, FTB-nin direktoru Ceyms Komeyi qovması və KuKlusKlançıları, yeni nasistləri vicdansız bir şəkildə müdafiə etməsi kimi məsələlər narahat edir.

O, həmçinin, D.Trampı nüvə müharibəsinin qığılcımlarını alışdırmaqda ittiham edib./publika

 

İcmal.Az

RƏYLƏR