Porno video yayan İsrafilov məhkəməyə çıxarılacaq

OXUNUB: 1549 İDMAN

Milli komandamızın və İspaniyanın "Kadis” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun başı qalmaqaldadır.

İsrafilov porno videonu internetə yaymaqda ittiham olunur. 

O, sabiq klubu "Eybar”dakı komanda yoldaşları Serji Enrix və Antonio Lunanın 17 yaşlı qızla olan porno video və şəkillərini yayıb.

Bu hadisənin üstü ötən ilin oktyabr ayında açılmışdı. Hər iki futbolçu azarkeşlərdən, klubdan və qızdan üzr istəmişdilər. Həmin qız videonun yayıldığına görə hər iki futbolçunu məhkəməyə vermişdi və 20 min avro təzminat almışdı.  

Araşdırmalar isə davam edirdi. Aprelin 11-də baş tutmuş məhkəmədə Eddi də iştirak edib. Lakin o etdiyi hərəkəti təkzib edib və videonu sosial şəbəkədə yaymadığını söyləyib. Növbəti məhkəmə prosesi iyunun 11-də keçiriləcək. İsrafilovun işinin üstü açılsa, ona cinayət işi açılacaq./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR