Pornoulduzun Trampla əlaqələri pul gücünə gizlədildi

OXUNUB: 703 DÜNYA

ABŞ prezidenti Donald Trampın Stormi Deniels adı ilə tanınan pornoulduz Stefani Kliffordla keçmişdə münasibətinin olduğu iddia edilib. İddiaya görə, prezidentin vəkili keçmiş əlaqələri gizli saxlaması üçün pornoulduza 130 min dollar ödəyib.

 Bu barədə "The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu gizli sövdələşmə 2016-cı ildə ABŞ-da seçki kampaniyasının qızğın şəkildə davam etdiyi bir vaxtda baş tutub. Ağ Ev bu məlumatların yalan olduğunu açıqlayıb.

Vəkil Mayl Koen qəzet redaksiyasına verdiyi açıqlamada bir daha Trampın Danielslə hər hansı əlaqələrinin olmadığını əmin edib. Bununla belə,  ödəniş barədə yayılan məlumatı təkzib etməyib.

"The Wall Street Journal” jurnalistləri ödəniş barədə məlumatlar toplayıb. Hadisədən xəbəri olan mənbələrə istinadən, qəzet qeyd olunan məbləğin vəkilin vasitəsilə Denielsin Los-Ancelesdəki bank hesabına köçürüldüyünü bildirir.

Qəzet iddia edir ki, Trampın pornoaktrisa ilə əlaqələri ABŞ-ın birinci xanımı Melania ilə 2006-cı ildə evlənməsindən sonra yaranıb ./oxu

 

İcmal.Az

RƏYLƏR