Pornoya baxıb qəza törətdi - FOTO

OXUNUB: 503 MARAQLI

İngiltərənin Lester şəhərindəki Kral Məhkəməsində 56 yaşlı Feliks Qillionun işi ilə bağlı proses başa çatıb. Hakimin qərarı ilə o, 8 il müddətiinə azadlıqdan məhrum edilib.

Sürücü olan F.Qillion "Scania" markalı ağır tonnajlı yük maşınını sükanı arxasında olarkən M69 avtoşossesində qəza törədib. Qarşı hərəkət zolağına çıxan F.Qillion yol kənarında saxlanmış maşını vurub və sonucda 55 yaşlı Kerri Pemberton həlak olub.

İstintaq zamanı bəlli olub ki, F.Qillion sükan arxasında olarkən mobil telefonunda pornoqrafik saytlara baxıb.

Qəzaya 4 dəqiqə qalmış mobil telefonunda pornosaytlarda axtarış verən F.Qillion 25 veb-səhifə "təhqiq edib".

Şahidlərin dediklərinə görə, "Scania" avtomobili qəza törətməzdən əvvəl bir neçə dəfə hərəkət zolağından çıxıb.

 

Zərbədən sonra Kerri Pemberton sağ olsa da, xurd-xəşil edilmiş maşınından çıxa bilməyib.

Qəzadan sonra F.Qillion əşyayi-dəlildən qurtulmaq üçün mobil telefonunu tullamağa çalışsa da, polislər bunu görüblər./milli

Pornoya baxıb qəza törətdi - FOTO

Pornoya baxıb qəza törətdi - FOTO

İcmal.Az

RƏYLƏR