Poroşenko “Vkontakte” və “Odnoklassniki” qadağan etdi

OXUNUB: 831 DÜNYA

Ukrayna prezidenti Petro Poroşenkonun Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı fərmanı bu gündən etibarən rəsmi olaraq qüvvəyə minib.

Sanksiyalara əsasən, "Vkontakte” və "Odnoklassniki” sosial şəbəkələrinə də giriş qadağan edilib. Xatırladaq ki, dünən prezident özü də həmin sosial şəbəkələrdəki rəsmi hesablarını bağlayacağını elan etmişdi. 

İnternet resurslarının nümayəndələri artıq Ukrayna hökumətinin qərarını tənqid ediblər. 

Qeyd edək ki, Poroşenkonun əmri ilə sanksiya siyahısına düşən fiziki şəxslərin sayı artıb. Bura jurnalistlər, deputatlar, hərbçilər və hakimlər daxildir. İndi Ukraynanın"qara siyahısında” 1228 şəxs və 468 şirkət var. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR