Press-reliz “İrəli” İB “Developing Digital Youth Work” layihəsinə start verir

OXUNUB: 441 Özəl SOSİAL
7NEWS.az xəbər verir ki, "İrəli” İctimai Birliyi təlimçi, fasilitator, müəllim və gənclərlə iş sahəsində maraqlı şəxslər üçün "Developing Digital Youth Work”  layihəsinə start verir.
Layihənin əsas məqsədi müəllimlərin, təlimçilərin, fasilitatorların və gənclərlə iş sahəsində çalışan şəxslərin qeyri-formal təhsildə rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, gənclərlə iş sahəsində çalışan şəxslər üçün rəqəmsal alətlərdən istifadəyə dair bələdçi hazırlamaq, həmçinin regionlarda, kəndlərdə yaşayan gənclər üçün yeni imkanlar yaratmaq, onların bir çox fəaliyyətlərə əlçatanlılığını təmin etməkdir.
3 ay müddətində baş tutacaq layihə çərçivəsində iştirakçılar gənclərlə işin əsasları, qeyri-formal təhsil və onun metodları, rəqəmsal iqtisadiyyat, sosial medianın gənclərlə işdə rolu, gənclərlə rəqəmsal işin etik kodeksi, media savadlılığı, gənclərlə işdə rəqəmsal alətlərdən istifadə vərdişlərinin formalaşdırılması, qiymətləndirilmələrin təşkili üçün interaktiv metodlar və digər mövzularla bağlı təlim və praktiki sessiyalarda iştirak edərək bilik və bacarıqlarını daha da zənginləşdirəcəklər. Layihə çərçivəsində həmçinin "təlimçilər üçün təlim” (TOT) sessiyalarının da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə artıq ikinci ildir ki, həyata keçirilir. Layihənin ilk mövsümündə ümumilikdə 50-dən çox gənc yararlanıb.

RƏYLƏR