Prezident: Biz öz hesabımıza yaşayırıq

OXUNUB: 776 index-manşet SİYASƏT

Azərbaycan bu gün iqtisadi potensialına görə özünü çox rahat hiss edir. Bütün beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan qabaqcıl yerdədir, inkişaf etməkdə olan ölkələr arasında inkişaf dinamikasına görə üçüncüdür.

İcmal.Az xəbər verir ki, bunu prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının "Azadlıq” meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

O qeyd edib ki, son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ölkə olmayıb:

"İqtisadiyyatımız 3,2 dəfə artıb. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac yoxdur. Öz zəhmətimiz hesabına qazandığımız vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir”.

İcmal.Az

RƏYLƏR