Prezident Əli Nağıyevə yeni vəzifə verdi — SƏRƏNCAM

OXUNUB: 1067 index-manşet

Prezident İlham Əliyev "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.


Sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:


"Komissiyanın sədri


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Komissiyanın üzvləri:


Azərbaycan Respublikası Müdafiə nazirinin müavini


Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini


Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini


Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini


Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini


Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru


Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri


Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti


"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri


Komissiyanın katibi


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.


Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

RƏYLƏR